“Beşiktaş” yüksək səviyyəli klubdur. Burada mükəmməl məşq bazası və inanılmaz atmosfer var”.
Apasport.az xəbər verir ki, bunu İstanbul təmsilçisinin baş məşqçisi Vinçentso İtalyano “La Gazzetta dello Sport”a açıqlamasında deyib.
İtaliyalı mütəxəssis azarkeşlərin dəstəyindən xüsusi danışıb:
“Azarkeşlər matçın ilk dəqiqəsindən komandaya təkan verirlər. Daha əvvəl belə çılğın mühiti nə görmüşdüm, nə də yaşamışdım”.
İtalyano “Fiorentina” və “Bolonya”dakı fəaliyyətinin karyerasında mühüm rol oynadığını bildirib:
“Fiorentina” və “Bolonya” mənə özümü göstərmək imkanı verdi. Bunun sayəsində “Beşiktaş” kimi böyük klubdan təklif almaq şansı qazandım”.
Qeyd edək ki, Vinçentso İtalyanonun “Beşiktaş”ı bu gün saat 21:00-da Danimarkada “Midtyulland”la üz-üzə gələcək.
- Millinin məşqçisi: "Yığmamız səbətlərin ən güclü komandaları ilə eyni qrupa düşüb"
- Azərbaycanlı hakimə Avropa çempionatına təyinat alıb
- XİN Ermənistanı Azərbaycan bayrağını yandıran şəxsi dərhal məsuliyyətə cəlb etməyə çağırdı
- Tudor daha 2 il “Yuventus”da - RƏSMİ
- Ali Koç: “Ferhat Gündoğdu istefa verməlidir” - VİDEO