"Real Madrid"in hücumçusu Vinisius Junior karyerası üçün vacib qərar verib.
Apasport.az xəbər verir ki, Vinisius digər komandalardan gələn təkliflərə qulaq asmaq fikrində deyil. Braziliyalı “Real Madrid”də xoşbəxtdir, Kilian Mbappenin yayda “kral” klubuna gəlməsinə baxmayaraq, o, İspaniya nəhəngindən ayrılmaq niyyətində deyil. Həmçinin "Real Madrid" də Vinisiusu klubun siması hesab edir.
Xatırladaq ki, Vinisius 3 top klubun - PSJ, “Çelsi” və “Liverpul”un marağında olduğu bildirilirdi.
Qeyd edək ki, hücumçu bu mövsüm İspaniya çempionatında 20 matçda 12 qol vurub, 4 məhsuldar ötürmə edib.
- “Dinamo”nun futbolçusu: “Boqomolski karyerasına gözümün önündə başlayıb” - Müsahibə
- Sahil Babayev lisenziya qazanan boksçularla görüşüb
- "Qarabağ" və "Şkendiya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq
- Konte: “Qarabağ” Çempionlar Liqasının sürpriz komandasıdır”
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib