Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virtz “Liverpul”a keçməyə çox yaxındır.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” 22 yaşlı futbolçunun transferi üçün Leverkuzen təmsilçisi ilə prinsipial razılıq əldə edib.
Transferin ümumi dəyəri bonuslarla birlikdə 150 milyon avro təşkil edəcək. Bu da Premyer Liqa tarixinin ən bahalı transferi bilər. Hazırda bu rekord “Çelsi”yə məxsusdur. "Mavilər" Enzo Fernandes üçün 121 milyon avro ödəyiblər.
Virtz “Liverpul”la şəxsi müqavilə şərtlərini iki həftə əvvəl razılaşdırıb. Onun yaxın günlərdə tibbi müayinədən keçməsi gözlənilir.
- Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər
- AVRO-2024-ün ulduzu yeni komandasında
- Rəşad Sadıqov: "Uşaqların əziyyətinə heyfsilənirəm" - VİDEO
- Dünya Kamandan Oxatma Federasiyası Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO
- Fransa futbolunda ağır itki - "Sent-Etyen"in futbolçusu vəfat edib