“Yuventus”un hücumçusu Duşan Vlahoviç komandasını dəyişmək fikrinə düşüb.
Apasport.az saytının məlumatına görə, yanvarda “Fiorentina”dan transfer edilən 22 yaşlı forvard “qoca sinyora”nın cari mövsümdəki çıxışından məmnun deyil.
Komanda Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilməsə, yay transfer pəncərəsi zamanı satılmasını tələb edəcək. Hazırda A seriyasında 8-ci pillədə qərarlaşan “Yuve” 9 turdan sonra Çempionlar Liqasının zonasından 7 xal geridədir. Komanda eyni zamanda ÇL-in qrupunda 3 xalla 3-cü yerdədir.
Qeyd edək ki, Duşan Vlahoviçin “Yuventus”la müqavilə müddəti 2026-cı ilə qədərdir.
- DÇ: Daha 4 komanda pley-offa vəsiqə qazanıb - YENİLƏNİB
- Valdas Dambrauskas: “Bəzi hücumlarımız var idi ki…”
- "Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
- İrfan Canın son durumu bəlli oldu
- Şəkidə “Enactus Dünya Kuboku Simulyasiyası 2024” düşərgəsi keçirildi