Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyədə komandasını dəyişə bilər.
Bu barədə apasport.az saytına “Keçiörengücü”nün yarımmüdafiəçisi özü məlumat verib.
Ankara təmsilçisi ilə müqaviləsi olmasına baxmayaraq, hazırda “Sumqayıt”ın düşərgəsində olan İsgəndərli TFF I Liqa təmsilçisindən hələ ayrılmadığını deyib. Ancaq 27 yaşlı hücumameylli oyunçu komandada problemlərin olduğunu istisna etməyib: “Hələ ki, “Keçiörengücü”nün futbolçusuyam. Hazırda komanda ilə birgə olmamağım maddi məsələ ilə bağlıdır”.
Vüsal “Sumqayıt”a keçmək barədə düşünmədiyini, yenidən Türkiyəyə qayıdacağını bildirib: “Sumqayıt”da yalnız formada qalmaq üçün məşq edirəm. Türkiyədə başqa təkliflərim var. Tezliklə yenidən ora qayıdacağam”.
Qeyd edək ki, Vüsal İsgəndərlinin “Keçiörengücü” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
- Ceyhun Sultanov: “Kabel çəkəni, malyarı vəzifəyə gətirəndə futbolumuz bu gündə olacaq” - OFSAYD
- Albaniya millisinin baş məşqçisi: "Azərbaycanla oyun bizim üçün çox vacib və dəyərlidir"
- De Bleker getdi - HAKİMLƏR KOMİTƏSİNİN YENİ SƏDRİ BƏLLİ OLDU
- Lyuba Baranin: “Mən hər zaman Azərbaycan futboluna baxıram, məlumatlıyam” - MÜSAHİBƏ
- Millimiz Gürcüstan və Qazaxıstanla qarşılaşacaq