Xabi Alonsonun ilk transfer istəyi: Karreras "Real Madrid" yolunda
20.05.2025 - 09:19

Karreras "Real Madrid" yolunda
Alvaro Karreras La Liqa təmsilçilərindən “Real Madrid"ə keçməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, Madrid klubu 22 yaşlı sol cinah müdafiəçisi ilə prinsipial razılığa gəlib. Komandanın yaxın günlərdə baş məşqçisi olacaq Xabi Alonso məhz onu bu mövqedə görmək istəyir.
“Real” Karrerasla danışıqlara başlayıb
“Real”ın rəhbər nümayəndələri Xuni Kalafat və Xose Anxel Sançes artıq portuqaliyalılarla danışıqlara başlayıblar. Klub oyunçunun 50 milyon avroluq sərbəst qalma məbləğini azaltmağa çalışır.
Qeyd edək ki, geridə qalan Portuqaliya çempionatı mövsümündə Karerras 32 oyuna çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
0
0