Xavi onu istəyir
13.07.2023 - 15:24
"Barselona"nın baş məşqçisi Xavi heyətdə görmək istədiyi futbolçunun kimliyini açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, 43 yaşlı mütəxəssis "Mançester Siti"nin müdafiəçisi Joao Kanselonun komandasına qoşulmasını istəyir.
Oyunçunun ingilis klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir və bazar dəyəri 50 milyon avrodur. Kataloniyalılar 29 yaşlı portuqaliyalını icarəyə götürmək üçün danışıqları davam etdirirlər.
Qeyd edək ki, Kanselo ötən mövsüm 47 matçda 3 qol və 11 assistlə yadda qalıb.
- "Real Madrid" Mbappe və Haalandın əvəzinə "Mançester Yunayted"in forvardını ala bilər
- “Mançester Yunayted”in istədiyi hücumçu
- Barış Alper Yılmaz karyerasını Almaniyada davam etdirə bilər
- Gənc qız cüdoçularımız 25 ildən sonra rekordu təkrarlayıblar
- Azərbaycan kikboksçularından Avropa çempionatında 21 medal
0
0