Xavi Qətər millisinə rəhbərlik edə bilər
21.10.2024 - 22:24
La Liqa nəhənglərindən “Barselona”nın sabiq baş məşqçisi Xavi Qətər yığmasına rəhbərlik edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Al-Raya” nəşri məlumat yayıb.
Xəbərdə Qətər Futbol Assosiasiyasının 44 yaşlı mütəxəssislə danışıqlar apardığı bildirilib.
Son ünvanı “Barselona” olan Xavi daha öncə Qətərdə işləyib.
O, 2019-2021-ci illərdə bu ölkənin “Əl Sədd” komandasına rəhbərlik edib və 7 titul qazanıb.
- De Byazi: “Olar, komandanı bildiyim kimi idarə edim?"
- “Abşeron”un baş məşqçisi: “Sabah”a qarşı oyunu çevirmək mümkünsüz idi”
- Azərbaycan Taekvondo Federasiyasında görüş keçirilib
- Rusiya yığmasının matçını Kamal Umudlu idarə edəcək
- Arif Əsədov: "Samir Əliyevin oyunçular arasında avtoriteti var" - Müsahibə
0
0