Xavi üçün təhlükə
28.11.2023 - 11:16
"Barselona" baş məşqçisi Xavi ilə yollarını ayıra bilər.
Apasport.az xəbər verir ki, Çempionlar Liqasının "Porto" ilə matçında yaxşı nəticə əldə olunmasa, İspaniya klubu baş məşqçisini istefaya göndərməyi nəzərdən keçirəcək.
Qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Barselona” – “Porto” matçında məğlubiyyət və ya heç-heçə Xavi üçün postunda sonuncu ola bilər. Qarşılaşma bu gün keçiriləcək.
Qeyd edək ki, 43 yaşlı mütəxəssis "Barselona"nı 2021/22 mövsümündən çalışdırdığı komandanı 108 matça çıxarıb.
- “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- “Şamaxı”nın ev kabusu: Bu mövsüm üçüncü dəfə böyük hesabla uduzdu
- Millimiz Danimarka ilə qarşılaşacaq
- Bakıda karate üzrə "Grand Prix" beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib
0
0