![Ximenes “Atletiko” ilə müqaviləni uzatdı](https://ww3.apasport.az/storage/news/2023/october/07/big/65207f907e66765207f907e668169662862465207f907e66565207f907e666.jpg)
Madrid “Atletiko”su müdafiəçi Xose Mariya Ximeneslə yeni müqavilə imzalayıb.
Apasport.az saytı xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubdan verilən açıqlamada Ximenesin “Atletiko”dakı debütü xatırlanıb: “2013-cü ilin aprelində, 18 yaşı olarkən uruqvaylı müdafiəçi komandamıza qoşuldu. Beş ay sonra sentyabrın 13-də, o, komandamızda debüt etdi. Növbəti mövsümlərdə Xose Mariya öz oyunu və xarakteri ilə tribunaların sevimlisinə çevrildi. Ximemes “Atletiko”nun və Uruqvayın əsas oyunçularından biri oldu”.
Qeyd edək ki, Ximenes “Atletiko”nun heyətində 2013/14 və 2020/21 mövsümündə Sİööaniya çempionu titulunu qazanıb. O, Avropa Liqası (2018), Avropa Superkuboku (2018, 2020) mükafatlarını qazanıb.