Ximenez "Atletiko"nu tərk edə bilər
03.10.2023 - 16:51
![Ximenez "Atletiko"nu tərk edə bilər](https://ww3.apasport.az/storage/news/2023/october/03/big/651c05539bf4b651c05539bf4c1696335187651c05539bf49651c05539bf4a.png)
Xose Ximenez Madrid "Atletiko"sunu tərk edə bilər.
Apasport.az saytı xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Avropanın top-klublarının diqqətini cəlb edib.
Uruqvaylı oyunçunun transferində "Arsenal", "Barselona", "Real Madrid", "Mançester Yunayted", "Vest Hem" və "Nyukasl" maraqlıdır.
2013-cü ildən Madrid klubunun şərəfini qoruyan arxa xətt oyunçusunun ispanlarla müqaviləsi 2025-ci ilin yayına kimidir.
Qeyd edək ki, Ximenes bu mövsüm 5 matçda iştirak edib.
0
0