Xulian Alvarezin taleyinə aydınlıq gəldi
05.06.2025 - 15:39

Xulian Alvarezin taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, "Atletiko" hücumçunu satmayacaq.
Klub argentinalını satmaq variantını nəzərdən keçirmir.
Onun müqaviləsində yer alan sərbəst qalma bəndi 500 milyon avrodur. Bildirilir ki, Madrid təmsilçisi Alvarezin xidmətində maraqlı olan klublardan xəbərdardır.
Lakin "Atletiko" rəhbərliyi forvardın komandada qalacağından əmindir.
Qeyd edək ki, argentinalı hücumçu bu mövsüm La Liqada 37 matçda 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
0
0