Yamal ulduzlarla yarışmır – “Hamısı məndən 10 yaş böyükdür”
20.06.2026 - 04:33
Yamal ulduzlarla yarışmır – “Hamısı məndən 10 yaş böyükdür”

İspaniya millisinin və “Barselona”nın futbolçusu Lamin Yamal dünya futbolunun ulduzları ilə müqayisə olunmasına münasibət bildirib.

Apasport.az xəbər verir ki, gənc vinger Messi və Mbappe ilə yarışmaq barədə düşünmədiyini deyib.

“Otaqda oturub Mbappenin və ya Messinin qol vurduğunu görüb ‘Mən də qol vurmalıyam’ demirəm. Kimin nə etdiyi məni maraqlandırmır. Çünki onların hamısı məndən 10 yaş böyükdür”, – deyə Yamal bildirib.

Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın H qrupunda növbəti oyununu iyunun 21-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək. İlk turda Kabo-Verde ilə qolsuz heç-heçə edən ispanlar qrupdakı ilk qələbəsini qazanmağa çalışacaq.