Yamalın təzminat dəyəri 1 milyard avro olacaq
22.11.2024 - 13:58
![Yamalın təzminat dəyəri 1 milyard avro olacaq](https://ww3.apasport.az/storage/news/2024/november/22/big/67405629c22b067405629c22b1173226960967405629c22a767405629c22af.jpg)
“Barselona”nın vingeri Lamin Yamal klubu ilə yeni müqavilə imzalayacaq.
Apasport.az “Barca Universal”-a istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ilə hazırkı müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub, lakin Kataloniya klubu bunu sadəcə formallıq hesab edir.
Yamalın müqaviləsi futbolçunun 18 yaşı tamam olanda, 6 il müddətinə uzadılacaq. Artıq tərəflər müqavilənin şərtləri ilə bağlı kompromis əldə ediblər. Təzminatın məbləği 1 milyard avro olacaq.
İspaniyalı futbolçu cari mövsümdə 16 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
0
0