Yay transfer pəncərəsində futbolçu keçidlərinə xərclənən vəsaitin ümumi məbləği bəlli olub.
Apasport.az saytının məlumatına görə, dünyanın bütün klublarının ümumi transferləri 7 milyard 630 milyon avroya başa gəlib.
Bu, bir transfer pəncərəsi üçün yeni dünya rekordudur. Bunadək ən yüksək göstərici 2019-cu ilin yayında qeydə alınmışdı. Həmin vaxt transfer xərcləri 7 milyard 565 milyona bərabər olub.
Bu rekord Səudiyyə Ərəbistanı klublarının fəallığı sayəsində gerçəkləşib. Asiyalılar 846 milyonluq futbolçu alıb.
Qeyd edək ki, daha çox xərcə İngiltərə klubları düşüb. Premyer Liqa təmsilçiləri 2,43 milyard avroluq futbolçu alıb. Bu, 2019-cu ildəkindən təxminən 1 milyard çoxdur.
- Azərbaycan klubu daha bir legioner basketbolçunu transfer edib
- “Mançester Siti” tarixində 10-cu dəfə İngiltərə çempionu oldu
- Evdə avtoqol varsa, qələbə bizimdir - STATİSTİKA
- Şahin Diniyev: "Azarkeş təzyiqi ilk dəqiqələrdən bizə təsir etdi"
- Qurban Qurbanov İsveçdə jurnalistlərin suallarını cavablayacaq