Yenidən La Liqanın zirvəsində
11.12.2023 - 11:12
![Yenidən La Liqanın zirvəsində](https://ww3.apasport.az/storage/news/2023/december/11/big/6576b6f907eb86576b6f907eb917022789056576b6f907eb66576b6f907eb7.png)
"Barselona"nı 4:2 hesabı ilə məğlub edən "Jirona" La Liqada yenidən zirvəyə yüksəlib.
Apasport.az xəbər verir ki, İspaniya La Liqasının 16-cı turundan sonra komanda xallarının sayını 41-ə yüksəldib.
Bununla da “Jirona” yenidən liqanın zirvəsində yer alıb. Keçirdiyi 16 matçda 13 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə ayrılan “Jirona” 38 dəfə fərqlənməklə yanaşı, qapısından 20 qol buraxıb. “Qırmızı-ağlar” ilk dəfə cari mövsümün 7-ci turunda liderliyə yüksəlib.
Qeyd edək ki, 10 qələbə və 4 heç-heçəsi olan "Barselona" isə 2-ci məğlubiyyətdən sonra 34 xalla 4-cü pilləyə düşüb.
0
0