Yığmanın sabiq futbolçusu yenidən həbs olundu
06.05.2023 - 12:36
Kolumbiya millisinin sabiq futbolçusu Dieqo Leon Osorio yenidən həbs olunub.
Apasport.az saytının məlumatına görə, buna qanunsuz narkotik dövriyyəsi səbəb olub.
O, dördüncü dəfə həbs edilib. O, Medelyin yaxınlığındakı aeroportda yaxalanıb. Osorionun apardığı idman ayaqqabılarının bir neçəsinin içində narkotik vasitələr aşkarlanıb. 52 yaşlı veteranın Madridə uçmaq cəhdi baş tutmayıb.
Qeyd edək ki, bir neçə dəfə Kolumbiya çempionu olan, ötən əsrin 90-cı illərində millinin formasını geyinən sabiq futbolçu 2002, 2010 və 2016-cı illərdə də həbs edilib.
- Blind van Qaalın xərçənglə mübarizəsindən danışdı: "Ona görə qalib gəlmək istəyirik"
- Azərbaycanın yeniyetmə şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər
- "Aston Villa"dan "Barselona"ya 50 milyonluq təklif
- Türkiyə derbisi: Azarkeşlər zaldan çıxarıldı
- “Bavariya” qalib gəldi - Çempionluğunu qeyd etdi
0
0