İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Yunayted" yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda "Sportinq"də çıxış edən Viktor Qyökereş ilə yaxından maraqlanır.
Bu barədə "Lequipe" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" hücumçunu transfer edə bilmək üçün Portuqaliya təmsilçisi ilə danışıqlara başlayan ilk Avropa klubu olub.
Xatırladaq ki, 26 yaşlı hücumçu "Sportinq"ə 2023-cü ildə Çempionşip komandalarından "Koventri Siti"dən 24 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, İsveç millisinin üzvü bu mövsüm komandasının heyətində 51 rəsmi matçda 53 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.
- Kiberpolis “Qarabağ” – “Çelsi” oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirib
- Rəşad Sadıqov: “Tələsik qərar verib səhv etmək istəmirik”
- “Zirə”də üç müqavilə
- Azərbaycan antidopinq sahəsində gender bərabərliyi standartlarının müəyyənləşməsinə rəhbərlik edir
- "Sumqayıt" Azərbaycan Premyer Liqasında rekorda imza atıb