"Yunayted" Kazemironun əvəzləyicisini tapdı
03.03.2026 - 15:33
"Mançester Yunayted" mövsümün sonunda klubdan ayrılacağını açıqlayan Kazemiroya emiroya əvəzləyici tapıb.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" "Nyukasl"da çıxış edən Bruno Gimaraeşi transfer etmək istəyir.
Bu barədə AS nəşri məlumat yayıb.
"Yunayted" yayda Braziliya millisinin üzvünü heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Nyukasl" Bruno Gimaraeşi 2022-ci ilin yanvarında "Lion"dan 41 milyon avroya transfer edib. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Dünya çempionatında medal qazanan deflimpiyaçılarla görüş keçirilib
- "Şamaxı" Premyer Liqanın bir addımlığında - YENİLƏNİB
- Slovakiya yığmasını Azərbaycanla oyuna çıxaracaq baş məşqçi açıqlandı
- Minifutbol üzrə Avropa çempionatı Azərbaycanda keçirilə bilər
- “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı - RƏSMİ
0
0