"Yunayted" onunla bağlı qərarını verdi
13.04.2026 - 22:26
"Yunayted" onunla bağlı qərarını verdi

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kobbi Meynunun müqaviləsinin müddətini uzadacaq.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar son mərhələdədir. Yeni anlaşmanın 2031-ci ilədək nəzərdə tutuacağı gözlənilir.

Xatırladaq ki, 20 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır.