“Yuventus” de Liqtin boşluğunu doldurdu
20.07.2022 - 10:35
“Yuventus” Mattiys de Liqti “Bavariya”ya satdıqdan sonra müdafiədə yaranan boşluğu doldurub.
Apasport.az saytının məlumatına görə, Turin klubu “Torino”nun mərkəz müdafiəçisi Bremeri heyətinə qatıb.
Tətildən sonra Turinə qayıdan 25 yaşlı braziliyalı futbolçu şəhərin bir komandasından digərinə keçməyə hazırlaşır. O, sabah səhər saatlarında tibbi müayinədən keçəcək, ardından yeni komandası ilə 5 illik müqavilə imzalayacaq. Bu transfer “qoca sinyora”ya 41 milyon avroya başa gəlib.
Qeyd edək ki, Bremer 2018-ci ildən bəri “Torino”da çıxış edib.
- Mehdi Hüseynzadə adına stadionun açılış matçında Hiss və Murad Arif çıxış edəcək
- Bakıdakı dünya çempionatı başa çatdı, keçici bayraq Çinə təqdim olundu - FOTOLENT
- Dünya çempionatında komanda sayı 32-dən 48-ə artırılıb
- Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları bəlli oldu
- "Zirə" "Real"a qalib gəldi - FOTO
0
0