"Yuventus" finalın bir addımlığında
12.01.2024 - 11:00
İtaliya kubokunun 1/4 finalında "Yuventus" və "Frozinone" üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, matçda "Yuventus" 4:0 hesabı ilə qalib gələrək yarımfinala yüksələn sonuncu komanda olub.
Arkadiuş Milik 11, 38 və 48-ci dəqiqələrdə fərqlənərək het-trik edib. 61-ci dəqiqədə isə Kənan Yıldız toru silkələyib.
Bu nəticə ilə "Yuventus" yarımfinalda "Latsio"nun rəqibi olub. Yarımfinalın digər cütü isə "Fiorentina" və "Atalanta"dır.
Qeyd edək ki, yarımfinal oyunları mart ayında baş tutacaq.
- Samir Abasov: "Hazırlıq planlarımızı demək olar ki, tətbiq edə bildik"
- “Viktoriya”nın baş məşqçisi: “Qarabağ”la yox, “Ferensvaroş”la oynamaq istərdim”
- "Neftçi"nin futbolçusu “Boluspor” yolunda - ÖZƏL
- Qurban Qurbanov “Şəkəri azalt, ömrünü uzat” kampaniyasına qoşuldu - VİDEO
- Qurbanov irəlilədi, Regekampf mövqeyini qorudu
0
0