“Yuventus” milli üzvünü transfer etdi
14.07.2022 - 16:49
![“Yuventus” milli üzvünü transfer etdi](https://ww3.apasport.az/storage/news/2022/july/14/big/62d011074ffdf62d011074ffe0165780301562d011074ffdd62d011074ffde.webp)
“Yuventus” “Cenoa”nın sol cinah müdafiəçisi Andrea Kambyasonu transfer edib.
Apasport.az xəbər verir ki, Turin klubu 22 yaşlı oyunçunun keçidini rəsmi saytı vasitəsilə açıqlayıb.
İtaliyalı futbolçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb. “Qoca sinyora” bu keçid üçün qarşı tərəfə 8,5 milyon avro ödəyib. “Cenoa” daha 3 milyon avro bonus kimi əldə edə bilər. İtaliya gənclər yığmasında 5 oyun keçirən Kambyaso müdafiənin bütün xətrində oynaya bilir.
Qeyd edək ki, Andrea ötən mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol, 4 assistlə yadda qalıb.
0
0