“Yuventus” onları satmağa hazırdır
14.07.2023 - 11:19
![“Yuventus” onları satmağa hazırdır](https://ww3.apasport.az/storage/news/2023/july/14/big/64b0f755720f064b0f755720f1168931925364b0f755720ee64b0f755720ef.jpg)
“Yuventus” heyətdə təmizləmə əməliyyatına başlayıb.
Apasport.az saytı xəbər verir ki, Turin klubu 4 futbolçu ilə yolları ayırmaq istəyir.
A seriyası təmsilçisi yarımmüdafiəçilər Ueston Makkenni, Denis Zakariya, Leonardo Bonuççi və Artur Melonu satışa çıxarıb. İtalyanlar sərfəli təklif gələcəyi təqdirdə bu futbolçuları satmağa hazırdır.
Qeyd edək ki, “ağ-qaralar” son mövsümü 62 xalla 7-ci sırada başa vurub.
0
0