"Yuventus" yeni formasını təqdim edib
14.05.2025 - 16:28
"Yuventus" yeni formasını təqdim edib

“Yuventus” klubu yeni mövsüm üçün ev formasını təqdim edib.

Apasport.az xəbər verir ki, “Adidas” tərəfindən hazırlanan geyim dəsti ağ və qara rəngli zolaqlardan ibarətdir. Formada üçüncü rəngdən – çəhrayıdan da istifadə olunub.

“Yuventus” A Seriyasında 36 turdan sonra 64 xalla 4-cü sıradadır.