"Yuventus" yeni qapıçı ilə müqavilə imzalayır
05.07.2024 - 10:34
İtaliya Seriya A təmsilçilərindən "Monza"nın qapıçısı Mişel di Qreqorio yaxın günlərdə "Yuventus"a keçəcək.
Apasport.az xəbər verir ki, hələ may ayında 26 yaşlı futbolçu ilə “qoca sinyora” arasında ilkin razılıq əldə edilib .
İnsayder Fabrizio Romanonun sözlərinə görə, Qreqorio bu gün Turin komandası ilə müqavilə imzalayacaq. Klub tezliklə italiyalının transferini rəsmən təsdiqləyəcək.
Xatırladaq ki, müqavilə “Yuventus”a 20 milyon avroya başa gələcək.
Ötən mövsüm qapıçı A Seriyasında "Monza" üçün 33 oyun keçirib, 35 qol buraxıb.
- Niderland millisinin AVRO-2024 üçün heyəti bilindi
- Qurban Qurbanov: “O, Türkiyədən təklif alsa da, Azərbaycanda qalmaq istədi”
- Frank Riberi karyerasını bitirir
- Birinci Liqa: "Qəbələ" "Qaradağ Lökbatan"ı, “İmişli” “Difai Ağsu”nu darmadağın etdi - YENİLƏNİB
- Millimizin üzvü oynamadı, komandası məğlub oldu
0
0