“Yuventus”da daha bir vida
25.05.2023 - 09:36
“Yuventus”dan ayrılacaq daha bir futbolçu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Leandro Paredes mövsümün sonunda İtaliya klubundan ayrılacaq.
PSJ-dən icarəyə götürülən yarımmüdafiəçi transfer olunmayacaq. O, müqaviləsi uzadılmayacaq Anxel di Mariya kimi klubla vidalaşacaq.
Parislilər yayda Paredesi qaytarmaq fikrində deyil. Onlar onu satmaq üçün potensial müştəri axtarır.
Qeyd edək ki, Leandro mövsümün 37 matçında 1 qol vurub.
- Lisenziya Komissiyası "Qəbələ", "İmişli" və "Karvan" barədə qərar verdi - Yeni mövsümdə...
- "Neftçi"dən yeni rekord
- Kurban Berdiyev: “Paltardəyişmə otağında uşaqlarla danışdım ki…”
- Miro Varvodiç: “Emreli üçün ən yaxşısı icarəyə yollanmaqdır”
- “Cadillac” Azərbaycan Qran Prisinin qaliblərini Bakıya gətirəcək
0
0