“Yuventus”dan Di Mariya qərarı
22.05.2023 - 11:49
“Yuventus”un futbolçusu Anxel di Mariya yayda klubunu dəyişməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, argentinalı vingerin azad agent statusu alacağı gözlənilir.
İtaliya klubu onunla müqaviləni uzatmaq fikrində deyil. Turinlilər öncə 35 yaşlı futbolçunu heyətində saxlamaq istəsə də, sonradan qərarını dəyişib. Klub rəhbərliyi heyəti gəncləşdirmək fikrindədir.
Qeyd edək ki, Di Mariya 2022-ci ilin yayından “Yuventus”da forma geyinir.
- Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək
- Azərbaycan atleti 3-cü dəfə dünya çempionu olub
- “Messinin taxtını ələ keçirməyə çalışanlara yazığım gəlir”
- Prezident İlham Əliyev Xankəndidə “Qarabağ”-MOİK oyunundan əvvəl çıxış edib
- "Sumqayıt"ın Macarıstan klubu ilə görüşünə 1500 bilet satılıb
0
0