“Yuventus”dan futbolçusuna dəstək
31.10.2023 - 13:42
![“Yuventus”dan futbolçusuna dəstək](https://ww3.apasport.az/storage/news/2023/october/31/big/6540c320dc8036540c320dc80416987430726540c320dc8016540c320dc802.png)
"Yuventus" futbolçusu Nikolo Fagioli ilə yeni müqavilə imzalayacaq.
Apasport.az xəbər verir ki, “qoca sinyora” 22 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini 2028-ci ilin yayına qədər uzatmağa qərar verib.
Turin klubu onun maaşını da artıracaq. Bununla da klub rəhbərliyi Nikolaya dəstək nümayiş etdirəcək.
Qeyd edək ki, futbolçu mərc oyunlarında iştirak etdiyi üçün 7 ay müddətində diskvalifikasiya olunub.
0
0