"Yuventus"dan Premyer Liqaya
30.06.2025 - 15:29

"Yuventus"da ayrılıq baş verə bilər.
Apasport.az xəbər verir ki, Samuel Mbanqula komandanı tərk etməyə yaxındır.
Onun xidmətində "Bornmut" maraqlıdır.
İngiltərə təmsilçisi belçikalını mümkün qədər tez heyətinə qatmaq niyyətindədir.
"Yuventus" da oyunçunu satmağın əleyhinə deyil. Tərəflər növbəti iki gün ərzində görüşmək niyyətindədirlər.
Qeyd edək ki, Mbanqula ötən mövsüm 23 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0