"Yuventus"dan Ronaldoya görə 9 xal silinə bilər
20.01.2023 - 22:55
Portuqaliyalı hücumçu Kriştianu Ronaldo keçmiş komandası İtaliyanın "Yuventus" klubunu gizli razılaşma əsasında qonorarlarını ödəmədiyi üçün məhkəməyə verməyə hazırdır.
Apasport.az xəbər verir ki, Ronaldo gizli razılaşmaya əsasən Turin klubundan 19,9 milyon avro almalı idi. Lakin o, bu ödənişi almayıb.
İndi İtaliya Federal Apellyasiya Məhkəməsi Kriştianu Ronaldonun komandada oynadığı dövrdə "Yuventus"da baş verən maliyyə fırıldaqlarına baxır. Prokurorluq İtaliya A Seriyasının cari mövsümündə “Qoca Sinyora”dan 9 xalı silməyi tələb edir.
- Elmar Baxşıyev: "Həmin qol sayılsaydı, oyunun gedişi fərqli olardı" - Müsahibə
- Nurəddin Rəcəbov: “Bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”
- Türkiyədə hakimlər matçlara çıxmayacaq - Flaş iddia
- “Türkiyə millisi ilə keçiriləcək ilk matç bizim üçün çox çətin olacaq”
- “Arsenal”ın kapitanı sıradan çıxıb
0
0