"Yuventus"la razılaşdı: "ASTON VİLLA"NIN QƏRARI BƏLLİ DEYİL
10.06.2026 - 12:22
"Yuventus" heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındır.
Apasport.az xəbər verir ki, klub Emiliano Martinezi rənglərinə bağlamaq üzrədir.
İtaliya mətbuatında yayılan məlumata görə, tərəflər 3 illik müqavilə imzalayıblar.
“Qoca sinyora” “Aston Villa”nın qolkiperini aşağı maaşla oynamağa razı salıb. Lakin Turin təmsilçisi Martinez üçün təzminat ödəmək istəmir.
İngiltərə klubunun qapıçını buraxmağa razı olub-olmayacağı isə bəlli deyil.
Qeyd edək ki, argentinalının “Aston Villa” ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
- “Dinamo”nun hücumçusu: “Əsas məqsədimiz qələbə qazanmaqdır”
- Acun Ilıcalı: "Çox önəmli futbolçularla əlaqədəyik" - VİDEO
- Voleybol Federasiyası bölgələrdə gənc istedad axtarışındadır
- MOK-dan etiraz: “Arsax” adlı musiqinin istifadəsindən narahatıq"
- “Şamaxı”nın futbolçusu Afrika Millətlər Kubokunda çıxış edəcək
0
0