“Yuventus”un hücumçusu bu il meydana çıxa bilməyəcək
03.10.2024 - 10:34
“Yuventus”un hücumçusu Arkadiuş Milik 2024-cü ildə meydana çıxa bilməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dizindəki zədəyə görə Almaniyada keçirilən Avropa çempionatından kənarda qalan polşalı futbolçunun sağalma prosesi gecikir. Aparılan müayinələrdən sonra onun cari il futbol oynaya bilməyəcəyi dəqiqləşib.
Milik “Yuventus”un heyətində 75 rəsmi oyun keçirib, 17 qol vurub və 2 məhsuldar ötürmə verib.
- "Şamaxı" I Liqa klubu ilə yoxlama oyunu keçirəcək
- Mehriban Əliyeva qızıl medal qazanan paralimpiyaçı Orxan Aslanovu təbrik edib
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Miodraq Bojoviç: "Bəziləri asan qələbə qazandığımızı deyə bilər"
- “Fənər”in müdafiəçisi zədəsini sağaldıb
0
0