
İtaliya A Seriyası təmsilçilərindən "Yuventus"un futbolçusu Duqlas Luiz yayda komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə İngiltərədən bir neçə klub maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Qoca sinyora" futbolçunu satmağa müsbət yanaşır. Turin klubu 26 yaşlı yarımmüdafiəçi üçün 34 milyon funt-sterlinq tələb edir.
Xatırladaq ki, "Yuventus" Duqlas Luizi mövsümün əvvəlində "Aston Villa"dan transfer edib.
Qeyd edək ki, Braziliya millisinin üzvü Turin təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda qol və ya assistlə yadda qalmayıb.
- Əfran İsmayılov: “Onun Azərbaycan millisinə heç bir faydası yoxdur” - MÜSAHİBƏ
- Diniyev “sarı” aldı, komandası son dəqiqədə üzüldü
- Premyer Liqa klubundan 46 milyonluq tələb
- Yuri Maksimov: “Azərbaycandan təklif almışam”
- "Neftçi"nin yeni məşqçisi haqqında: "Birbaşa hücum futbolu oynadan məşqçidir" - Müsahibə