Zamiq oynadı, "Eqnatiya" qalib gəldi
10.02.2025 - 12:54
![Zamiq oynadı, "Eqnatiya" qalib gəldi](https://ww3.apasport.az/storage/news/2025/february/10/big/67a9bedf606ac67a9bedf606ad173917769567a9bedf606aa67a9bedf606ab.jpg)
Albaniyada ölkə çempionatının 24-cü turunun bir sıra oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Elbasani" ilə qarşılaşıb.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Əliyev ikinci hissədə meydana daxil olub.
Hazırda "Eqnatiya" 45 xalla liderliyini davam etdirir.
0
0