"Zirə"nin rəqibi yoxlama matçı keçirib
27.06.2024 - 12:19
!["Zirə"nin rəqibi yoxlama matçı keçirib](https://ww3.apasport.az/storage/news/2024/june/27/big/667d208198e2e667d208198e2f1719476353667d208198e2c667d208198e2d.jpg)
"Zirə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Şerif" (Moldova) yoxlama görüşü keçirib.
Apasport.az xəbər verir ki, Tiraspol təmsilçisi Moldovanın digər klubu "Petrokub"la üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, "Şerif" və "Zirə" arasında keçiriləcək ilk görüş iyulun 11-də, saat 21:00-da "Şerif" İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra "Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
0
0