Zlatan İbrahimoviçin “canı” “Milan”da
23.01.2023 - 09:47
İsveçli futbolçu Zlatan İbrahimoviç karyerasını bitirməyi düşünür.
Apasport.az saytı xəbər verir ki, İtaliya "Milan"ının 41 yaşlı hücumçusu cari mövsümün sonunda peşəkar futbolla vidalaşa bilər.
İtaliya mətbuatının yazdığına görə, "rossonerilər" veteran futbolçuya iyunda başa çatacaq müqavilənin uzadılmasını təklif etməsə, hücumçu karyerasını bitirəcək. İbrahimoviç yeni komanda axtarmaq istəmir. Onun üçün ən yaxşı seçim məhz hazırkı komandasında qalmaqdır.
Qeyd edək ki, 2020-ci ildən “Milan”ın şərəfini qoruyan Zlatan dizindən aldığı zədə səbəbindən meydana çıxma bilmir.
- Premyer Liqada debüt, “Qarabağ”ın yeni transferi ilə dostluq və Tovuz azarkeşi - MÜSAHİBƏ
- "Borussiya" - PSJ matçının ən yaxşısı seçildi
- Milli komandalarımız Qızıl Avropa Liqasında mübarizəyə başlayır
- Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədədir
- Montella: “Nəyimiz varsa, ortaya qoyduq“
0
0