Atletimiz Almaniyada beynəlxalq yarışda iştirak edəcək
23.01.2025 - 13:32
![Atletimiz Almaniyada beynəlxalq yarışda iştirak edəcək](https://ww3.apasport.az/storage/news/2025/january/23/big/6792079e2f5806792079e2f58117376234546792079e2f5726792079e2f57f.jpg)
Azərbaycan atleti Yekaterina Sarıyeva Almaniyada keçiriləcək XXVI beynəlxalq qış yarışında iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Y.Sarıyeva yanvarın 25-də Xemnitz şəhərində gerçəkləşəcək yarışda üçtəkanla tullanma növündə mübarizə aparacaq.
Qeyd edək ki, Dünya Atletikasının təşkil etdiyi turnir "challenger" səviyyəlidir.
0
0