Azərbaycan komandalarından Olimpiadada növbəti qələbələr
05.10.2022 - 10:12
Azərbaycan komandalarından Olimpiadada növbəti qələbələr

Naxçıvanda təşkil edilən 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasında III tur sona çatıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın birinci komandası Kubanı, ikinci komanda isə Latviyanı 2,5:1,5 hesabla məğlub edib. 

Sumqayıt İngiltərəni eyni hesabla üstələyib. Azərbaycan-4 Monqolustanla, Naxçıvan Moldova ilə, Azərbaycan-3 CAR-3 ilə heç-heçə oynayıb 2-2.

III tur
Kuba - Azərbaycan-1 - 1,5:2,5
Azərbaycan-2 - Latviya - 2,5:1,5
Azərbaycan-4 - Monqolustan - 2:2
Moldova - Azərbaycan-Naxçıvan  - 2:2
Azərbaycan-Sumqayıt - İngiltərə - 2,5:1,5
CAR-3 - Azərbaycan-3 - 2:2

Üç turdan sonra Azərbaycan-1, Qazaxıstan və Türkiyə maksimum nəticə ilə (6 xal) ilk üçlükdə qərarlaşıb.

Qeyd edək ki, olimpiadada 23 ölkədən 34 komanda mübarizə aparır.
 

writer photo
Əlirza Əlirzalı
0