Azərbaycan millisinin üzvü futboldan kənarlaşdırıldı
18.12.2024 - 22:33
Azərbaycan millisinin üzvü futboldan kənarlaşdırıldı

Daha iki futbolçu dopinq səbəbilə futboldan uzaqlaşdırılıb.

Apasport.az xəbər verir ki, Berkay Vardar və Emirhan Delibaşın test nəticələri müsbət çıxıb.

Futbolçularının hər ikisinə sərt cəza verilib. Onlar 4 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıblar.

Oyunçularının son klubları “Fatih Karagümrük” olub.

Qeyd edək ki, Vardar həm də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.

writer photo
Əlirza Əlirzalı
0