Luçesku 38 ildən sonra milli komandaya qayıtdı – Rəsmi
06.08.2024 - 14:53
Luçesku 38 ildən sonra milli komandaya qayıtdı – Rəsmi

Mirça Luçesku Rumıniya millisinin yeni baş məşqçisi olub.

Apasport.az xəbər verir ki, Luçesku Rumıniya millisinə rəhbərlik etmək qərarının sırf futbola olan sevgisi ilə bağlı olduğunu bildirib:

“Düzünü desəm, mənə təklif gəlməsini istəməzdim, çünki gənc məşqçilərin işləməsi daha yaxşı olardı. Mənə pul və ya müəyyən imic yaratmaq lazım deyil, yaşadığım o gözəl anlar məni millidə işləməyə sövq etdi”.

79 yaşlı mütəxəssisin milli ilə müqaviləsi iki illikdir. Baş məşqçinin əsas məqsədi 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq olacaq.

Rumıniyalı mütəxəssis 38 ildən sonra yenidən bu vəzifəyə qayıdıb. O, 1981-1986-cı illərdə komanda ilə çalışıb. Milli komanda onun rəhbərliyi altında 57 matça çıxıb.

writer photo
Əlirza Əlirzalı
0