Millimizin keçmiş üzvü həbs edildi
27.02.2024 - 15:20
Azərbaycanın sabiq yunan-Roma güləşçisi Cabbar Yusifi Rusiyada həbs edilib.
Apasport.az TASS-a istinadla xəbər verir ki, millimizin keçmiş üzvü 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
2023-cü ilin martında saxlanılan Cabbar Yusifi İnterpolun axtarışında olub. Rusiya onu qanunsuz silah saxlama, Ukrayna qəsdən adam öldürmə ittihamı ilə axtarıb.
Qeyd edək ki, Cabbar Yusifi daha əvvəl Yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində çıxış edib.
0
0