“Neftçi”dən ayrılan futbolçu Kipr klubunda!
22.06.2022 - 17:05
“Neftçi”dən ayrılan futbolçu Kipr klubunda!

Yay fasiləsində “Neftçi”dən ayrılan müdafiəçi Huqo Bastonun yeni komandası müəyyənləşib.

Apasport.az sayının Kipr mətbuatına istinadən məlumatına görə, portuqaliyalı futbolçunun bu ölkədə çıxış edəcəyi dəqiqləşib.

Limassol klubu AEL uzun müddətdir danışıq apardığı 29 yaşlı oyunçunu heyətinə cəlb etməyə müvəffəq olub. “Neftçi” ilə müqaviləyə xitam verdiyi üçün azad agent statusu daşıyan Bastonun AEL-lə danışığı müsbət yekunlaşıb. Futbolçu bu gün Kiprə yollanaraq münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, “Neftçi”yə ötən ilin yayında “Eştoril”dən keçən Huqo Basto geridə qalan mövsüm Premyer Liqada 8 oyunda iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0