“Neftçi”nin Avropa kuboklarındakı növbəti rəqibi müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, “ağ-qaralar” “Beşiktaş”la qarşılaşacaq.
İstanbul klubu Konfrans Liqasının II təsnifat mərhələsində “Tirana”nı mübarizədən kənarlaşdırıb. Öz meydanında 3:1 hesablı qələbə qazanan “qartallar” Albaniyada da qalib gəlməyi bacarıblar. 2:0 hesabı ilə başa çatan oyunda “Beşiktaş”ın qollarını Amartey və Abubakar vurublar. Turnirin III təsnifat mərhələsinin ilk oyunu avqustun 10-da İstanbulda keçiriləcək. Cavab matçı bir həftə sonra Bakıda olacaq.
Qeyd edək ki, “Neftçi” iki oyunun nəticəsinə görə, “Jelezniçar”dan üstün olub (2:2, 2:0).
- Sərbəst güləşçilərimizdən 3 medal
- Regekampf: "Neftçi"də oynamaq üçün səviyyələri yetərlidir" - MÜSAHİBƏ
- Hüseyn Məhəmmədov: "Yerli mütəxəssislərə şans vermək daha yaxşıdır"
- Avropa Oyunları gündəliyi: İlk gündə 7 növdə mübarizə
- 2022-ci ilin bombardirləri açıqlandı: Kadi Borqes dünya ulduzlarını qabaqlayır