Boatenqin yeni ünvanı məlum olub
01.06.2024 - 15:38
Boatenqin yeni ünvanı məlum olub

“Bavariya”nın sabiq futbolçusu Jerom Boatenqin yeni ünvanı məlum olub.

Apasport.az xəbər verir ki, 35 yaşlı müdafiəçi LASK-a keçib. Bu barədə Avstriya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Boatenqlə 2 illik müqavilə imzalanıb.

Son klubu “Salernitana” olan müdafiəçi daha əvvəl “Herta”, “Hamburq”, “Mançester Siti”, “Bavariya” və “Lion”da çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0