Braziliyanın rekord seriyası qırıldı
18.10.2023 - 10:10
Braziliyanın rekord seriyası qırıldı

Braziliya millisinin dünya çempionatlarının seçmə mərhələlərindəki məğlubiyyətsizlik seriyası qırılıb.

Apasport.az xəbər verir ki, pentakampeonlar Cənubi Amerika zonası üzrə seçmə oyununda Uruqvaya 0:2 hesabı ilə uduzub.

“Sambaçılar” bunadək 37 matçda uduzmayıb. Braziliyalılar bu görüşlərdə 28 qələbə qazanıb və 9 heç-heçə edib.

Qeyd edək ki, bu seriya Cənubi Amerika komandaları üçün rekord göstəricidir.

writer photo
Əlirza Əlirzalı
0