“Çelsi” Obameyanqdan əl çəkmir
17.08.2022 - 16:41
“Çelsi” Obameyanqdan əl çəkmir

“Çelsi” Pyer-Emerik Obameyanqla danışıqların növbəti mərhələsinə start verəcək.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu keçidi transfer pəncərəsinin sonunadək həll etmək niyyətindədir.

Klubun sahibi Todd Bouli qabonlu forvardın özünün razılığını almağa çalışır. Bundan sonra futbolçunun məxsus olduğu “Barselona” ilə danışıqlar başlayacaq. İspaniya nəhəngi hücumçu üçün 40 milyon avro istəyir.

La Liqa təmsilçisi “Çelsi”nin 14 milyonluq ilk təklifini qəbul etməyib. Obameyanqın özü də klubunu dəyişmək istəmir. 

Qeyd edək ki, hücumçunun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0