“Çelsi” onu istəyir
07.01.2023 - 11:23
İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Apasport.az saytı xəbər verir ki, “zadəganlar” Münhenqladbax “Borussiya”sının şərəfini qoruyan Markus Türamı transfer etmək istəyir.
25 yaşlı fransalı hücumçunun xidmətində “Çelsi” ilə yanaşı, Avropanın bir çox tanınmış klubları maraqlıdır.
Qeyd edək ki, Türamın Almaniya komandası ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Fransa millisində də çıxış edən futbolçu bu mövsüm Bundesliqada 15 oyunda iştirak edib və 10 qol vurub.
0
0