“Reyncers”in qapıçısı Allan Makqreqor Avropa Liqasının finalında “Ayntraxt”la matçı əvəz edilmədən keçirib.
Apasport.az saytının məlumatına görə, şotlandiyalı qolkiper 40 yaş 107 günlüyündə meydana çıxmaqla avrokuboklar tarixində 40 yaşdan yuxarı finalda iştirak edən üçüncü oyunçu olub.
Ona qədər yalnız qapıçılar Edvin van der Sar (“Mançester Yunayted”, 2011: Çempionlar Liqasının finalı - 40 yaş 211 gün) və Dino Zoff (“Yuventus”, 1983: Avropa Kubokunun finalı - 41 yaş 86 gün) bunu bacarıb.
Qeyd edək ki, Sevilyada keçirilən və əsas vaxtı 1:1 hesabı ilə başa çatan finalda “Ayntraxt” penaltilər seriyası ilə 5:4 hesablı qələbə qazanıb.