“Biz yolun son mərhələsindəyik. Bu, mövsümün sonudur”.
Apasport.az saytının məlumatına görə, bunu “Roma”nın baş məşqçisi Joze Mourinyo deyib.
Portuqaliyalı mütəxəssis Konfrans Liqasının bu gün Albaniyanın Tirana şəhərində keçiriləcək final matçı barədə fikirlərini açıqlayıb: “Həftəsonu bir final oynadıq və Avropa Liqasının növbəti mövsümündə yerimizi təmin etdik. Biz avrofinala yüksələrək tarixə düşdük. Amma indi yeni tarix yazmalı və kuboku qazanmalıyıq”.
Mourinyo oyuna konsentrasiyadan danışıb: “Biz entuziazmı qoruyuruq. Onu əldən vermir, konsentrasiyanı saxlayırıq. Oyunçular matça fokuslanıb. Onların düzgün köklənməsi var. Onlar belə qarşılaşmada iştirak üçün sevinclidirlər”.
Portuqaliyalı hazırda yalnız final barədə düşündüyünü gizlətməyib: “Bu finaldır. Oyun günü ağlımda başqa şey olmayacaq. Bu, mənim üçün sanki ilk finaldır. Bu planda heç nə dəyişməyib. Əgər qalib gəlsək, hər üç avrokuboku qazanan ilk məşqçi olacam. Amma yalnız qalib gəlsək, belə olacaq”.
Mourinyo finalda hər hansı möcüzə və ya sehrin rol oynamadığını düşünür: “Özəl adı ilə bağlı tarix isə artıq keçmişdə qalıb. Onda hələ karyeramın başlanğıcı idi. Yaşca böyüdükcə və sabitləşdikcə, daha çox başqaları haqda düşünür, özünü az fikirləşirsən. Mən magiyaya inanmıram. Mövsümün sonunda finala çatanda artıq bütün iş görülmüş hesab olunur. Ayrı fərdlərin deyil, bütün komandanın özünü göstərmək anı çatır. Sehrli dərmanlara və cadulu sözlərə inanmıram. Burada əlavə nə isə edə bilməzsən, sadəcə komanda olmaq, özünün güclü keyfiyyətlərini və nəyə qadir olduğunu dərk etməlisən. Final necə qurtarır-qurtarsın, mövsüm mənim üçün pozitiv oldu”.
Qeyd edək ki, Konfrans Liqasının “Roma” – “Feyenoord” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Sahil Babayev: "Azərbaycan çempionatına titulundan asılı olmayaraq hər bir boksçu qatılacaq"
- Azərbaycan çempionatında XIII tur başlayıb
- "Fənərbaxça"nın şanssızlığı - və ya 11 illik həsrət
- Ölkə çempionatında növbəti oyunlar KEÇİRİLİB
- "Sabah"ın baş məşqçisi Azərbaycan çempionatları tarixində 63-cü oldu